Bakıdakı Rus Pravoslav Kilsəsində “Qələbəyə görə Allaha təşəkkür messası” keçirilib - FOTO - VİDEO

Bakıdakı Rus Pravoslav Kilsəsində “Qələbəyə görə Allaha təşəkkür messası” keçirilib - FOTO - VİDEO
# 15 noyabr 2020 14:36 (UTC +04:00)

Bakıdakı Rus Pravoslav Kilsəsində “Qələbəyə görə Allaha təşəkkür messası” keçirilib.

APA.TV-nin xəbərinə görə, ayinlərdə Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbədə şücaət göstərən əsgər və zabitlərimizin, torpaqlarımızın azadlığı uğrunda canında keçən şəhidlərimizin ruhuna dualar oxunub.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edib ki, Azərbaycan xalqı öz tarixinin ən mühüm qələbələrindən birini qazanıb, 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etməyə müvəffəq olub. Aleksandr İşein Bakı və Azərbaycan Yeparxiyası adından Prezident İlham Əliyevi təbrik edib.

Aarxiyepiskop qeyd edib ki, nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələ başlayır.

“Ölkəmizin tarixi qələbəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionun yenidən çiçəklənməsinə böyük stimul verəcək” deyən A. İşein bildirib ki, hərbi əməliyyatlar dövründə Azərbaycanda birlik, həmrəylik nümayiş edilib: “Qələbəmiz mübarək! Bu, tarixə Vətən Müharibəsi kimi yazıldı. Ötən əsrin sonu, bu əsrin əvvəllərində Azərbaycan xalqı böyük itkilər verdi. Azərbaycan xalqı Qarabağı itirdi, Xocalı faciəsi yaşandı, yüzlərlə azərbaycanlı öz doğma ocağından didərgin düşdü. Ciddi iqtisadi krizislər yaşandı, müharibə hər sahəyə sərt üzünü göstərdi. Biz o, dövr üçün baş verən hadisələri birinci Qarabağ müharibəsi kimi yaşadıq. Hesab edirəm ki, Azərbaycan dövlətinin qətiyyəti, əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi nəticəsində işğala son qoyuldu. Bütün bunlar böyük qələbə ilə nəticələndi. İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və Ermənistanın uğursuzluğu ilə başa çatdı. Qarabağ öz doğma evinə qayıtdı. Biz bu gün böyük sevinclə hər çıxışımızda, hər cümləmizdə deyirik, “Qarabağ Azərbaycandır!” Bu, həqiqətən də belədir. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin xalqını bu tarixi zəfərlə sevindirdi. Düşünürəm ki, Cənab Prezident bu tarixi qələbə üçün böyük əzm nümayiş etdirdi”.

Aleksandr Ata Azərbaycan xalqına bundan sonra da yalnız və yalnız qələbə dolu günlər yaşansın deyə dua etdiyini də bildirib: “Həb burda, həm də dünyanın hər bir yerində olan azərbaycanlılar bu tarixi qələbəni böyük sevinclə qeyd etdi. Bu bizim üçün yaşamaq əzmidir. Dağıdılmış, oğurlanmış Qarabağı qaytarmaqla, Azərbaycan yeni reallıqlar yaratdı”.

Aleksandr İşein ermənilərin işğal etdikləri ərazilərdən çıxarkən etdiyi vəhşiliklərlə bağlı da fikirlərini açıqlayıb: “Bu, bir daha onu göstərir ki, ermənilər yenidən Qarabağa qayıtmayaq ümidlərini itirdiblər. Bir neçə il öncə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsini xatırlayıram. Onlardan biri Azərbaycan əsilli Rusiya vətəndaşıdır. Onlar dədə-baba torpaqlarında əzizlərinin qəbirlərini ziyarət edərkən bu hadisə baş vermişdi. Bu zaman nə baş verdi? Ermənilər onlara cinayət işi açdı, onlar həbs etdi. Məsələnin mahiyyəti bilirsinizmi nədir? Hər insanda vətəni, torpağı və əzizlərinin dəfn edildiyi qəbiristanlıqla bağlılıq olur. Amma bu gün ermənilər Kəlbəcərdən hər şeylərini götürürlər. Bu isə o, deməkdir ki, onlar bir də heç vaxt bu torpaqlara qayıtmayacaqlar! Bu, ermənilərin öz seçimidir. Biz hamımız bilirik ki, Azərbaycan xalqı burda yaşan digər millətlərin nümayəndələrinə hər zaman hörmətlə yanaşıb, həmçinin ermənilərə. Baxın, bu gün Bakı da 30 min erməni yaşayır. Yeni imzalanan atəşkəs bəyanatında bu bənd var ki, kim harada doğulub, böyüyüb orda da yaşaya bilər”.

Aleksandr İşein multikulturalizmin Azərbaycanın dövlət siyasəti və həyat tərzi olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR