Bakıda anadan olan Rusiya yazıçısı koronavirusdan vəfat edib

İlya Ştemler

© APA | İlya Ştemler

# 03 dekabr 2022 16:44 (UTC +04:00)

Bakıda anadan olmuş Rusiya yazıçısı İlya Ştemler Sankt-Peterburq şəhərində, 89 yaşında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, onun ölüm səbəbi koronavirus infeksiyası (COVID-19) olub.

Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının əməkdaşı Pyotr Ştemlerin ailəsində anadan olub. O, texniki təhsil alsa da özünü ədəbiyyata həsr edib. “Qalmaq üçün getmək”, “Taksi parkı", "Univermaq", "Arxiv” və başqa əsərlərin müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR