Bu il Nobel həftəsi 2-9 oktyabr tarixlərində olacaq

Bu il Nobel həftəsi 2-9 oktyabr tarixlərində olacaq
# 06 sentyabr 2023 11:44 (UTC +04:00)

Bu il Nobel həftəsi 2-9 oktyabr tarixində baş tutacaq.

APA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə 6 mükafatın veriləcəyi həftədə ardıcıllıq aşağıdakı formada nəzərdə tutulub.

Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi oktyabrın 2-də, Fizika üzrə oktyabrın 3-də, Kimya üzrə oktyabrın 4-də, Ədəbiyyat üzrə oktyabrın 5-də, Sülh nominasiyası üzrə oktyabrın 6-da, İqtisadi elmlər üzrə isə oktyabrın 9-da elan olunacaq.

Qeyd edək ki, Fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən, Sülh nominasiyası üzrə mükafata Norveç Parlament Komitəsi, digərləri isə İsveç Kral Elmlər Akademiyası tərəfindən təqdim edilir.

Xatırladaq ki, mükafatların elan olunma mərasimi hər il dekabrın 10-u Stokholmda keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR