“Elçe”nin baş məşqçisi istefa verib

“Elçe”nin baş məşqçisi istefa verib
# 13 fevral 2021 10:06 (UTC +04:00)

İspaniya La Liqasında növbəti baş məşqçi istefası baş verib.

Apasport.az saytının məlumatına görə, “Elçe”nin çalışdırıcısı Xorxe Almiron postunu tərk edib.

O, bu addımı XXIII turun “Selta” ilə oyundan sonra atıb. 1:3 hesablı məğlubiyyət Almironun postunda son matçı olub.

Ötən ilin avqustundan “Elçe”ni çalışdıran argentinalı komandasını 24 görüşə çıxarıb. Onun yetirmələri 5 qələbə qazanıb, 9 heç-heçə edib. 10-cu məğlubiyyət isə Almiron üçün sonuncu olub.

Qeyd edək ki, “Elçe” La Liqanın turnir cədvəlində 20 komanda arasında 19-cudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR