“Səbail” Bolqarıstan toplanışına məğlubiyyətlə başlayıb

“Səbail” Bolqarıstan toplanışına məğlubiyyətlə başlayıb
# 21 iyun 2019 17:59 (UTC +04:00)

Azərbaycanı Avropa Liqasında təmsil edəcək Bakının "Səbail" klubu Bolqarıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Bolqarıstanın "Lokomotiv" klubu ilə qarşılaşıb.

Aftandil Hacıyevin yetirmələrinin Plovdiv təmsilçisi ilə görüşünün taleyini bir qol həll edib. Matçın ilk 45 dəqiqəsində hesabı açan bolqarıstanlılar meydandan qalib ayrılıblar.

Qeyd edək ki, "Səbail" Bolqarıstanda daha 3 oyun keçirəcək. Bakı klubu iyunun 25-də "Beroe" (Bolqarıstan), 28-də "Klinçeni" (Rumıniya), iyulun 1-də isə "FK Makedoniya" (Makedoniya) ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR