Azərbaycanlı zəvvarları Həccə aparacaq təyyarə reyslərinin təxirə salınması texniki problemlərlə bağlıdır

Azərbaycanlı zəvvarları Həccə aparacaq təyyarə reyslərinin təxirə salınması texniki problemlərlə bağlıdır
# 19 dekabr 2006 09:51 (UTC +04:00)
Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə getmələri üçün nəzərdə tutulan təyyarə reyslərinin təxirə salınması sırf texniki problemlərlə bağlıdır. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Akif Ağayev məlumat verib. A.Ağayev bildirib ki, havanın dumanlı keçməsi və Məkkənin aeroportunun qrafikinin sıx olması təyyarə reyslərinin uçuşunun təxirə salınmasına səbəb olub. Onun sözlərinə görə, yaxın bir-iki gündə təxirə salınan təyyarə reyslərinin uçuşları həyata keçiriləcək.
Qeyd edək ki, azərbaycanlı zəvvarların birinci qrupu 30 avtobusla yola düşüb. Dekabrın 16-da isə daha 30 avtobus Səudiyyə Ərəbistanına yola salınıb. Təyyarə ilə Həccə gedəcək zəvvarların isə dekabrın 24-ə kimi dörd reyslə Səudiyyə Ərəbistanına göndərilməsi planlaşdırılırdı. Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 4500 nəfərlik kvota ayrılıb. Bunlardan 2500-ü avtobus, 2000-i isə təyyarə ilə Həccə getməsi planlaşdırılıb. Avtobusla Həcc ziyarətinin qiyməti 1350 (keçən illə müqayisədə 30 ABŞ doları baha), təyyarə ilə 2200 ABŞ dollardır (keçən ilki ilə müqayisədə 100 ABŞ dolları baha). /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR