“Quş qripi” xəstəliyinə yoluxduğu güman edilən Salyan sakininin müayinələri Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyasına gələn həftə göndəriləcək

“Quş qripi” xəstəliyinə yoluxduğu güman edilən Salyan sakininin müayinələri Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyasına gələn həftə göndəriləcək
# 27 yanvar 2007 12:04 (UTC +04:00)
Bu barədə APA-ya ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər. Səhiyyə Nazirliyi bu quruma müayinələrin referens laboratoriyasına göndərilməsi üçün artıq müraciət edib. ÜST isə həmin müayinələrin 3-4 gün ərzində Londona göndərilməsini təmin edəcək. Hazırda isə ÜST-nin laboratoriyasında “quş qripi”nə yoluxmaqda şübhəli bilinən heç bir azərbaycanlının müayinəsi yoxdur.
İnstitutun baş həkimi Xəyyam Məmmədov isə APA-ya bildirib ki, Ə. Əsgərovun səhhəti sabit, ağır olaraq qalır. Onun sözlərinə görə, yanvarın 24-də instituta gətirilən və iki tərəfli pnevmoniya diaqnozu ilə müalicə edilən Ə.Əsgərovda “quş qripi”nin əlamətləri müşahidə edilməsə də, onlar ötən il Dayıkənd kəndində “quş qripi” virusunun aşkarlandığını nəzərə alaraq, xəstənin analizlərini ÜST-nin referens laboratoriyasına göndərmək qərarına gəliblər. Ə.Əsgərovun tən ilin yazında həmin kənddə “quş qripi”nə yoluxan Əsgərovların qohumu olduğu bildirilir.
Qeyd edək ki, xəstənin diaqnozunun dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Respublika Baytarlıq Laboratoriyasında yanvarın 25-də saat 19.30-da PZR üsulu ilə “quş qriri”nə görə aparılmış ilkin müayinənin nəticəsi mənfi olub. Müayinələr davam etdirilir. Qeyd olunan kənddə və ətraf ərazilərdə ev və çöl quşları arasında kütləvi tələfat müşahidə olunmayıb.
Xatırladaq ki, bununla əlaqədar Səhiyyə Nazirliyində yaradılan “Qaynar xətt” telefonunun nömrəsi 421-13-93, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətində yaradılan “Qaynar xətt”in nömrələri isə 563-41-52-dir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR