Ermənistan sərhədçiləri Gürcüstan vətəndaşı olan üç azərbaycanlını həbs ediblər

Ermənistan sərhədçiləri Gürcüstan vətəndaşı olan üç azərbaycanlını həbs ediblər
# 15 fevral 2007 10:20 (UTC +04:00)
Saxlanılan şəxslər Marneuli rayonunun Təzəkənd kəndinin sakinləri Mehman Əsgərov, Kamandar Mustafayev və Sadaxlı kənd sakini Hüseyn Məmmədovdur. Təzəkənd sakinləri 8 gün əvvəl Ermənistanın Noyemberyan rayonu ərazisində saxlanıblar. Onlar Noyemberyan rayonu ərazisində ağac kəsərkən tutulublar. Hazırda İrəvanda saxlanılan Mehman Əsgərov və Kamandar Mustafayevin işi məhkəməyə verilib. Sadaxlı kənd sakini Hüseyn Məmmədov isə üç gün əvvəl Marneuli rayonu ilə Noyemberyan rayonunun sərhədində, Gürcüstanla Ermənistan arasındakı mübahisəli ərazidə tutulub. “Erməni sərhədçilər həmin ərazinin Ermənistana məxsus olduğunu iddia edirlər. Hazırda Gürcüstan və Ermənistan sərhədlərinin delimitasiyasına dair komissiyasının üzvləri bu ərazidə araşdırma aparırlar. Hüseyn Məmmədovun hansı ölkəyə məxsus ərazidə saxlanıldığını araşdırılır. Mən Marneuli rayonunun bələdiyyə sədri Eyvaz İsmayılovla da görüşdüm. Bələdiyyə sədri bildirdi ki, Gürcüstanın müvafiq qurumları məsələ ilə məşğuldur”. E. Poluxov bildirib ki, tutulan azərbaycanlılar ailələri ilə əlaqə saxlayaraq səhhətlərinin normal olduğunu bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR