2007-ci ilin yanvar ayında ölkədə 1074 cinayət hadisəsi qeydə alınıb

2007-ci ilin yanvar ayında ölkədə 1074 cinayət hadisəsi qeydə alınıb
# 20 fevral 2007 08:56 (UTC +04:00)
2007-ci ilin yanvar ayında ölkədə 1074 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeydə alınan cinayətlərin 6-sı xarici vətəndaşlar tərəfindən, 4-ü isə xarici vətəndaşlara qarşı törədilib. Ötən ay törədilən cinayətlərin 112-si xüsusilə ağır və ağır xarakterlidir. Cinayətlərin 20-si qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 13-ü insan alveri, 2-si isə adam oğurluğu ilə bağlıdır. Ötən ay 2006-cı ilin yanvar ayı ilə müqayisədə soyğunçuluq faktları 48 faiz, quldurluq 33 faiz, xuliqanlıq isə 28 faiz azalıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində ötən ay qeydə alınan cinayətlərin 22 faizi açılıb. Açılmış cinayətlərin 15 faizi bir qrup şəxs, 8 faizi əvvəllər cinayət törətmiş şəxs, 2 faizi sərxoşluq vəziyyətində olan şəxs, 1 faizi yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onların iştirakı ilə törədilib.
Yanvarda 1082 hüquq pozucusu aşkar edilib və onların 79 faizi cinayət məsuliyyətinə cəlb olunub. Aşkar edilənlərin 88 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumur və işləmir, 5 faizi əvvəllər cinayət törətmiş şəxs, 3 faizi sərxoşluq vəziyyətində olan şəxs, 9 faizi qadın, 3 faizi isə yetkinlik yaşına çatmayana şəxsdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR