Moskvada Azərbaycan və Rusiya Daxili Qoşunları mətbuat xidmətlərinin görüşü keçirilib

Moskvada Azərbaycan və Rusiya Daxili Qoşunları mətbuat xidmətlərinin görüşü keçirilib
# 17 mart 2007 09:32 (UTC +04:00)
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir qoşunlar arasında 2006-cı ilin dekabrında imzalanmış protokola uyğun olaraq Rusiya Daxili Qoşunlarının komandanı general-polkovnik Nikolay Roqojkinin dəvəti ilə baş tutub. Görüş çərçivəsində “Daxili Qoşunların xidməti döyüş fəaliyyətinin işıqlandırılması” mövzusunda seminar keçirilib. Azərbaycan nümayəndə heyətini Rusiya Daxili Qoşunları komandanının müavini, general-leytenant Sergey Topçıy qəbul edib. Səfər çərçivəsində gələcəkdə analoji tədbirlərin keçirilməsinə dair razılıq əldə olunub. Növbəti görüşün bu il ərzində Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Qarşılıqlı görüşlərdə məqsəd Daxili Qoşunlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, qoşunların xidməti döyüş fəaliyyətinin işıqlandırılmasıdır.
Görüşdə Azərbaycan Daxili Qoşunlarının 3 zabiti iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR