İstanbulda saxta kitab çapı ilə məşğul olan 5 azərbaycanlı saxlanılıb

İstanbulda saxta kitab çapı ilə məşğul olan 5 azərbaycanlı saxlanılıb
# 03 sentyabr 2007 16:25 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərinin Zeytunburnu rayonundakı bir mətbəədə saxta kitab çapı ilə məşğul olan 5 Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, mətbəədə axtarış aparan polis 14 min ədəd saxta kitab aşkarlayıb. Mətbəənin sahibi və orada çalışan 7 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Sorğu-sualdan sonra Türkiyə vətəndaşları sərbəst buraxılıb. İcazəsiz çalışan azərbaycanlılar isə ölkədən deportasiya ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR