2022-ci ildə Azərbaycanda narkotiklərlə bağlı 54 əcnəbi tutulub

2022-ci ildə Azərbaycanda narkotiklərlə bağlı 54 əcnəbi tutulub
# 18 iyul 2022 11:37 (UTC +04:00)

Bu ilin 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4091 nəfər cəlb edilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair hesabatda bildirilib.

Qeyd edilib ki, onlardan 16-18 yaşadək 7 nəfər, 18-25 yaşadək 306 nəfər, 26-29 yaşadək 710 nəfər, 30 yaş və ondan yuxarı isə 3068 nəfər təşkil edir. Həmin şəxslərdən 3980-i kişi, 111-i qadın olunub, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 54 nəfəri xarici ölkə vətəndaşıdır:

“Məsuliyyətə cəlb edilmiş 54 xarici ölkə vətəndaşından 22-i İran İslam Respublikası, 7-si Gürcüstan, 8-i Türkiyə, 1-i Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 1-i Ukrayna və 13-ü Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 936 kq 422,285 qr və 4078 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR