Abşeronda piyadanı avtomobil vurub

Abşeronda piyadanı avtomobil vurub
# 04 aprel 2021 01:11 (UTC +04:00)

Abşeron rayonunda avtomobilin vurduğu piyada ağır xəsarətlər alıb.

APA xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində baş verib.

Yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Naidə Süleymanovanı avtomobil vurub. Yaralı ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR