Bakıda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib - FOTO

Bakıda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib   - FOTO
# 07 avqust 2020 15:50 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla, mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Diqqətə çatdırılıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR