Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanılıb

Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanılıb
# 28 mart 2020 10:27 (UTC +04:00)

Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanılıb.

APA-nın məlumatına görə, martın 27-də 02:45 radələrində paytaxtın Yasamal rayonu Landau küçəsidə yerləşən köşkə naməlum şəxslər daxil olaraq satıcını bıçaqla hədələyib oradan bir qutu siqaret götürüblər.

Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törtməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - M. Əliyev, C. Rəhimli, E. Qəhrəmanlı və B. Nağızadə saxlanılıb.

Davam edən istintaq tədbirləri nəticəsində məlum olub ki, onlar Yasamal rayon ərazisində daha bir köşkdən satıcını bıçaqla hədələyərək soyğunçuluq ediblər.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR