Bakıda polisin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb

Bakıda polisin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb
# 04 fevral 2020 11:28 (UTC +04:00)

Bakıda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, ötən gün Koroğlu-Mərdəkan istiqamətində hərəkətdə olan, paytaxt sakini Firudin Ömərovun idarə etdiyi “Toyota Land Cruzer” markalı avtomobil yolun kənarında duran polis serjantı Natiq Məhərrəmovu vuraraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR