Goranboyda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO

Goranboyda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
# 15 yanvar 2020 17:34 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-21011” markalı, 20-DA-208 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olan “KamAZ” markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR