Şamaxıda iki qadını avtomobil vurub

Şamaxıda iki qadını avtomobil vurub
# 29 iyul 2020 09:44 (UTC +04:00)

Şamaxı rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərində "Araz" restoranının qarşısında qeydə alınıb.

Çörəkbişirmə sexində işləyən iki qadın, Şamaxı şəhər sakinləri 1967-ci il təvəllüdlü İbrahimova Validə Kamil qızı və 1965-ci il təvəllüdlü Sədullayeva Dilarə Müslüm qızı yolu keçərkən qəflətən onları "VAZ 2106" markalı minik avtomobili vurub.

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan qadınlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR