Şamaxıda şirkətdən 7200 manatlıq oğurluq olub

Şamaxıda şirkətdən 7200 manatlıq oğurluq olub
# 06 fevral 2021 10:49 (UTC +04:00)

Şamaxıda şirkətdən oğurluq olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Rayon Polis Şöbəsinə Muğanlı kəndi ərazisində fəaliyyət göstərən özəl şirkətlərdən birinə məxsus anbardan yolun işıqlandırılması üçün istifadə olunan, ümumi dəyəri 5800 manat olan 40 ədəd plafonun və 1400 manat dəyərində elektrik kabelinin oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində anbardan oğurluq edən şəxsin Ağsu rayonu Padar kənd sakini Xəyal İsgəndərov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və oğurladıqları həmin şəxsdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR