Abşeronda avtobus piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Abşeronda avtobus piyadanı vuraraq öldürüb  - YENİLƏNİB
# 21 noyabr 2022 23:50 (UTC +04:00)

Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən APA-ya verilən məlumata görə, saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi "Sentra" markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

***

18.47

Novxanı-Binəqədi şosesində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Novxanı qəsəbəsinin çıxışında qeydə alınıb.

Orta yaşlı kişi piyada yolun əks tərəfinə keçmək istəyərkən onu “İkarus” markalı avtobus vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Ölən şəxsin kimliyini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR