Abşeronda balıqçı və quşbaz narkotikə görə saxlanılıb - VİDEO

Abşeronda balıqçı və quşbaz narkotikə görə saxlanılıb - VİDEO
# 17 yanvar 2022 12:03 (UTC +04:00)

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polisi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, Məmmədli kəndində keçirilən əməliyyat axtarış tədbirləri zamanı Nardaranda balıqçılıqla məşğul olan Mübariz Kazımov və Məmmədlidə quş təsərrüfatı olan Üzeyir Əjdərov şübhəli şəxs qismində saxlanılıblar. Mübariz Kazımovdan 0.320 qram heroin, Üzeyir Əjdərovdan isə 7.45 qram heroin, 10.14 qram metamfetamin və 29.74 qram tiryək aşkar edilərək maddi sübut kimi götürülüb. Mübariz Kazımov narkotik maddə olan heroini Məmmədli kəndində tanışı Üzeyir Əjdərovdan aldığını etiraf edib.

Faktla bağlı Abşeron rayon Polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR