Bank Of Baku

Ağstafada maşın ağaca çırpılıb, sürücü ölüb - VİDEO - YENİLƏNİB

Ağstafada maşın ağaca çırpılıb, sürücü ölüb  - VİDEO  - YENİLƏNİB
# 25 mart 2022 20:39 (UTC +04:00)

Ağstafada ölümlə nəticələn qəzanın bəzi təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili əvvəlcə "VAZ-2106”ya, daha sonra isə yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1987-ci il təvəllüdlü Teymur Talıbov dünyasını dəyişib.

***

19.26

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin 1987-ci il təvəllüdlü sürücüsü, Talıbov Teymur Mahmud oğlu idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca dəyib, sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR