Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan, “Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin sabiq rəisi Eldar Camalovun məhkəmə prosesi yekunlaşıb.
APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əhmədov Eldar Camal oğluna 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, E. Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci ( mıənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.