Bank Of Baku

Bakıda 39 yaşlı kişi qətlə yetirilib

Bakıda 39 yaşlı kişi qətlə yetirilib
# 28 iyun 2023 01:19 (UTC +04:00)

İyunun 27-si, saat 23 radələrində paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yerləşən iaşə obyektlərindən birində 1984-cü il təvəllüdlü Zaur Nəmətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan araşdırmalarla 1995-ci il təvəllüdlü Akif Məcidovun aralarında yaranmış mübahisə zamanı Zaur Nəmətova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Akif Məcidov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR