Bakıda 6 avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda 6 avtomobil toqquşub, xəsarət alan var  - FOTO
# 02 dekabr 2022 01:28 (UTC +04:00)

Bakının Nərimanov rayonunda bir neçə avtomobil qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən sürücü əvvəlcə nəqliyyat vasitəsini “Ford” markalı yük maşınına çırpıb. “Ford” markalı avtomobil “Renault”ya, 2 “Mercedes”ə və “Honda”ya çırpılıb. Qəza nəticəsində avtomaşınlara ciddi zərər dəyib. 6 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR