Bakıda aptekdə oğurluq olub.
DİN-dən APA-ya verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə yanvarın 21-nə keçən gecə N.Hacıyev küçəsindəki apteklərin birindən 700 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.