Bank Of Baku

Bakıda avtomobildən 9 min manatdan çox pul oğurlanıb

Bakıda avtomobildən 9 min manatdan çox pul oğurlanıb
# 24 mart 2022 12:50 (UTC +04:00)

Bakının Binəqədi rayonunda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, martın 19-da rayon ərazisində bir avtomobildən 4 750 manat və 2 650 ABŞ dolları, ev açarları və sənəd oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini S. Həsənov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR