Bakıda kişi baldızı tərəfindən bıçaqlanıb

Bakıda kişi baldızı tərəfindən bıçaqlanıb
# 12 may 2022 01:36 (UTC +04:00)

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR