Bakıda küçədən kişi meyiti tapılıb

Bakıda küçədən kişi meyiti tapılıb
# 15 oktyabr 2019 10:09 (UTC +04:00)

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, paytaxtın Qaradağ rayonu ərazisində küçədə orta yaşlı kişinin meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Kərimov Fariz Xıdır oğlu olması müəyyən edilib.

M.Məmmədovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR