Bakıda sürücü məktəbin qarşısında velosipedçini vuraraq öldürüb

Bakıda sürücü məktəbin qarşısında velosipedçini vuraraq öldürüb
# 05 iyun 2023 09:53 (UTC +04:00)

Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.

APA xəbər verir ki, 1995-ci il təvəllüdlü Həsənova Təhminə Kamil qızı idarə etdiyi “Hyundai İ30” markalı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən 84 nömrəli tam orta məktəbin qarşısında hərəkətdə olan zaman yolun solundan sağına keçən piyada 1964-cü il təvəllüdlü Hüseynov Suliddin Faxrət oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR