Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 24 iyul 2019 00:02 (UTC +04:00)

Bakının Nərimanov rayonunda 3 avtomobil toqquşub.

APA-nın məlumatına görə, Əsgərov İsmayıl Akif oğlu idarə etdiyi "Subaru" markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil arakəsməni aşaraq əks yola çıxıb. Bu zaman əks yolla hərəkətdə olan və Nizami Hüseynovun idarə etdiyi "Mercedes" və "Hyundai" markalı minik avtomobillərinə çırpılıb. Avtoqəza nəticəsində bir nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR