Baş Prokurorluq: Ermənistanın son 34 ildə Azərbaycana qarşı törətdiyi cinayətlərin hər biri araşdırılıb

Baş Prokurorluq: Ermənistanın son 34 ildə Azərbaycana qarşı törətdiyi cinayətlərin hər biri araşdırılıb
# 06 oktyabr 2022 11:38 (UTC +04:00)

1988-ci ilin fevral ayından etibarən Ermənistan SSR-nin Azərbaycan SSR-yə, 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində Azərbaycan dövlətinə, xalqına və vətəndaşlarına qarşı çoxsaylı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilib.

APA xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O bildirib ki, bu cinayətlərin hər biri prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb:

“Eyni zamanda cinayət törətmiş bir sıra şəxslər barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında qərarlar qəbul edilməklə onların beynəlxalq axtarışa verilməsi təmin edilib, həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində ardıcıl işlərin görülməsi davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR