Bərdədə atasını güllələyərək öldürən şəxsin məhkəməsi başlayır

Bərdədə atasını güllələyərək öldürən şəxsin məhkəməsi başlayır
# 15 sentyabr 2022 09:16 (UTC +04:00)

Bərdədə atasını qətlə yetirməkdə təqsirləndirilən Kənan Fərzəliyev barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.

Qeyd edək ki, rayonunun Mirzəcəfərli kəndində oğul atasını qətlə yetirib.

Kənd sakini Kənan Fərzəliyev yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə atası Bulud Fərzəliyevi öldürüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan Fərzəliyev tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi "İJ-16" markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR