Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Alim Tağıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.