Göygöldə sərxoş sürücü avtomobili aşırıb

Göygöldə sərxoş sürücü avtomobili aşırıb
# 21 sentyabr 2019 20:21 (UTC +04:00)

Göygöldə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü İmanov Amil Telman idarə etdiyi "VAZ 2103" markalı avtomaşınla hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb və yol kənarına aşıb. Nəticədə sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti hazırda orta-ağırdır.

Faktın təfərrüatları araşdırılır. Bildirilir ki, sürücü avtomobili idarə edərkən sərxoş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR