Bank Of Baku

İsmayıllı sakini çayda boğulub - VİDEO

İsmayıllı sakini çayda boğulub - VİDEO
# 24 mart 2022 11:45 (UTC +04:00)

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Aşıqbayramlı kənd sakini 1964-cü il təvəllüdlü Zahidov Vaqif Böyükağa oğlu bu gün saat 10:30 radələrində yaşadığı evin yaxınlığından keçən kiçik dağ çayında əlini yumaq istəyərkən ehtiyatsızlıq edib, onun ayağı sürüşərək suya düşüb. Çaya yıxılan kişi köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR