Bank Of Baku

İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var

İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 16 sentyabr 2023 10:26 (UTC +04:00)

İsmayıllıda iki avtomobil toqquşub.

APA -nin Şirvan bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında İsmayıllı rayonunun Quşencə kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Babazadə Şəhriyar Vahid oğlunun idarə etdiyi “Ford Tranzit” və Ruzi Məcidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində sürücülər və “Ford”dakı biri azyaşlı olmaqla 3 sərnişin xəsarət alıb.

İsmayıllı sakini, 1991-ci il təvəllüdlü Məcidov Ruzi Arzu oğlunun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR