Kəlbəcərdə hərbçimiz minaya düşüb, cinayət işi başlanıb - VİDEO

Kəlbəcərdə hərbçimiz minaya düşüb, cinayət işi başlanıb - VİDEO
# 20 aprel 2022 09:59 (UTC +04:00)

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb.

APA xəbər verir ki, hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşərək xəsarət alıb. O, hospitala yerləşdiirlib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR