Lənkəranda nişan mərasimində zəhərlənənlərin adı açıqlanıb - YENİLƏNİB-1 - FOTO

Lənkəranda nişan mərasimində zəhərlənənlərin adı açıqlanıb - YENİLƏNİB-1  - FOTO
# 24 aprel 2023 14:51 (UTC +04:00)

Lənkəranda qidadan zəhərlənənlərin kimlikləri məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə kütləvi zəhərlənənlərin 9 - u uşaq, 7 - si qadın və 1 nəfər kişidir.
Bunlar:
Cəfərov Rəşad Elşən oğlu - 2014
Cəfərova Dəniz Elşən qızı - 2015
Cəfərov Yusif Elşən oğlu - 2019
Ağayeva Bahar İsmət qızı - 2014
Ağayev Murad İsmət oğlu - 2013
Ağayeva Güldanə İslam qızı - 1995
Süleymanova Aygün Vəliağa qızı - 1989
Sülüymanov Zaman Zaur oğlu - 2014
Süleymanova Aysel Zaur - 2016
Cəfərova Jalə Rizvan qızı - 1995
Ağayeva Günel Vəliağa qızı - 1988
Ağayeva Əzizə Xudaverdi qızı - 1985
Hüseynova Zeynəb Əhməd qızı - 2010
Hüseynov Həmzə Əhməd oğlu - 2018
Ağayev Arzuman Vəliağa oğlu - 1976
Ağayeva Firuzə Canəli qızı - 1954
Ağazadə Şəfa Arzuman qızı - 2001

Qeyd edək ki, Lənkəran rayonunun Bəliton kəndində, ev şəraitində təşkil olunan Arzuman Ağayevin qızının nişan, eyni zamanda ad günü məclisinə 30 nəfərə yaxın qonaq dəvət olunub.

Qida qəbulundan sonra onlardan 17 nəfəri özlərini pis hiss ediblər və təcili tibbi yardım maşınları ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Artıq AQTA nümayəndələri həmən evdə olublar. Qida qalıqlarından nümunələr götürüb, laboratoriyaya göndəriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

***

14:27

24 aprel saat 01:15 radələrində Lənkəran rayon Bəliton kənd sakinləri olan 17 nəfər (1-i kişi, 7-si qadın, 9-u uşaq olmaqla) qida zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən APA-ya bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

“7 nəfər ambulator müalicə üçün evə buraxılıb, 10 nəfər isə tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabildir”, - məlumatda vurğulanır.

Aləmdə Nəsib

***

13:31

Lənkəranda kütləvi zəhərlənmə olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, kütləvi zəhərlənmə rayonun dağ kəndi olan Bəlitonda baş verib.

Ad günü, eyni zamanda nişan mərasiminə gələn qonaqlar qida qəbulundan sonra özlərini pis hiss ediblər. 17 nəfər ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb.

Onlara ilkin tibbi yardım göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Zəhərlənənlərdən 7 nəfəri ambulator müalicə üçün evə buraxılıb. 10 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırılır.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - cavabda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR