Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən şəxsin rayonun Vilvan kənd sakini Vüqar Fərzizadə olduğu məlum olub.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, V. Fərzizadə idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçmək istəyərkən Veravul kənd sakini Maşallah Hüseynovu vurub və piyada hadisə yerində dünyasını dəyişib.
V.Fərzizadə artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
***
saat 10.37
Lənkəranda 47 yaşlı kişini avtomobil vurub.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, gecəyarısı rayonun Vilvan kəndi ərazisində piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Nəticədə 1965-ci il təvəllüdlü Veravul kənd sakini Maşallah Hüseynov dünyasını dəyişib. Onu yoldan keçən şəxslərdən biri avtomobili ilə xəstəxanaya aparsa da, artıq piyadanın öldüyü məlum olub. Hazırda qəzanı törədərək hadisə yerindən qaçan sürücünün kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.