Lerikdə bir ailənin 4 üzvünü elektrik cərəyanı vurub öldürüb, təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB-2

Lerikdə bir ailənin 4 üzvünü elektrik cərəyanı vurub öldürüb, təfərrüatları məlum olub - FOTO  - YENİLƏNİB-2
# 23 aprel 2023 18:04 (UTC +04:00)

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə 4 nəfərin ölümünə səbəb ailənin həyətyanı sahədə qurduqları su hovuzunun motoru olub.

Belə ki, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova su motorunun işlək vəziyyətdə olduğunu bilmək üçün su hovuzuna yaxınlaşıb. Motordan su hovuzuna elektrik cərəyanı keçirtdiyi üçün Sərnaz Tahirovanı vurub. Sərnaz Tahirova su hovuzuna düşüb. Ona köməyə gələn digər ailə üzvlərini də elektrik cərəyanı vurub.

Faktla bağlı cinayət işi açılıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

***

14:19

Lerikdə baş verən hadisə nəticəsində zərərçəkənlərin şəxsiyyəti müəyyən edilib.

Lerik rayon prokurorluğundan APA-ya verilən məlumata görə, onlar 1941-ci Il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dir (azyaşlının ad və soyadı şərtidir).

***

13:57

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR