Ötən il Bakıda prokurorluq orqanlarına edilən müraciətlərin sayı açıqlanıb

Ötən il Bakıda prokurorluq orqanlarına edilən müraciətlərin sayı açıqlanıb
# 22 yanvar 2022 12:33 (UTC +04:00)

Bakı şəhər prokurorluq orqanlarına 14 950 müraciət daxil olub, onlardan 6723-ü öz həllini tapıb, o cümlədən 2227-si təmin edilib.

APA-nın məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, Bakı şəhər prokurorluq orqanları tərəfindən 3294, onlardan 3191 nəfəri bilavasitə prokurorluqda, 103 nəfər isə yaşayış yerlərində qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR