Bank Of Baku

 Qazaxda dostunu bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

 Qazaxda dostunu bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
# 18 mart 2022 12:30 (UTC +04:00)

Qazaxda dostunu bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi xəbərə görə, "Yeni qəsəbə" adlanan yaşayış massivində dostunu bıçaqlayan 2002-ci il təvəllüdlü, rayonun Qazaxbəyli kənd sakini Cavid İsayev saxlanılıb. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

08.07

Qazax bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun "Yeni qəsəbə" adlanan yaşayış massivində qeydə alınıb.

Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Adıgözəlov Səhlədar Nazim oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxs əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 23 yaşlı oğlanı dostu Cavid adlı şəxs aralarında düşən mübahisə zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR