Şahbuzda fermadan oğurluq edən şəxs saxlanılıb - FOTO

Şahbuzda fermadan oğurluq edən şəxs saxlanılıb - FOTO
# 15 yanvar 2023 14:15 (UTC +04:00)

Şahbuz rayonunda fermadan oğurluq edən şəxs saxlanılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları Şahbuz şəhər sakini Hüseyinov Elşad Vəli oğlunun fermasından oğurluq olması faktı ilə bağlı Şahbuz şəhər sakini Məmmədov Vüqar Qoçəli oğlunu saxlayaraq polis şöbəsinə dəvət edib.

Araşdırmalar nəticəsində oğurluq faktının saxlanılan şəxs tərəfindən törədildiyi məlum olub.

Faktla bağlı Şahbuz Rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR