Salyanda şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vuraraq öldürüb.
APA-nn Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan piyadanı yolu keçərkən evakuator vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyətinin müəyyən olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir.
Meyit müayinə olunmaq üçün Neftçala Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
***
02:30
Salyanda ölümlə nəticələnən qəza baş verib.
APA-nn Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara və Şirvan-Salyan magistrallarının kəsişməsinə yaxın hissəsədə qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan şəxsi yolu keçərkən avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Neftçala Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirlib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.