Bank Of Baku

Zaqatalada evdə yanğın olub

Zaqatalada evdə yanğın olub
# 23 mart 2022 16:37 (UTC +04:00)

Zaqatalada fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saat 14 radələrində rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Təmqaz İsmayılova məxsus, ümumi sahəsi 200 kv/m olan ikimərtəbəli 8 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR