ADY Xırdalan-Bakı qatarlarının havalandırma məsələsinə münasibət bildirib

ADY Xırdalan-Bakı qatarlarının havalandırma məsələsinə münasibət bildirib
# 06 oktyabr 2022 12:30 (UTC +04:00)

"Bu gün səhər saat 08:15 radələrində Xırdalan-Bakı istiqamətində hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib".

"APA-Economics" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları”ndan (ADY) bildirilib.

Qurumdan bildirilib ki, ADY bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda açıqlama yayacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan-Bakı qatarında sərnişin sıxlığı və havalandırma sisteminin olmaması səbəbindən 1 nəfərin səhhətində problem yaranıb. Bununla bağlı sərnişinlər stansiya rəhbərliyinə etiraz ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR