AZAL-a yeni birinci vitse-prezident təyin olunub - EKSKLÜZİV

AZAL-a yeni birinci vitse-prezident təyin olunub - EKSKLÜZİV
# 05 noyabr 2022 12:33 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC-a yeni birinci vitse-prezident təyin olunub.

"APA-Economics" xəbər verir ki, Samir Musa oğlu Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.

Bu təyinata qədər Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.

Xatırladaq ki, bu yaxınlarda “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilib. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olacaq. İndiyə qədər İdarə Heyətinin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR