İcra başçısı: Alatava 1 qəsəbəsi söküləcək, razılıq əldə olunub

İcra başçısı: Alatava 1 qəsəbəsi söküləcək, razılıq əldə olunub
# 26 fevral 2023 12:26 (UTC +04:00)

Alatava 1 qəsəbəsində (Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib.

Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq: “Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamladıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”.

Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binaların inşa olunacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR