Apreldə korporativ istiqrazlar üzrə kupon ödənişlərinin məbləği açıqlanıb

Apreldə korporativ istiqrazlar üzrə kupon ödənişlərinin məbləği açıqlanıb
# 05 may 2022 16:27 (UTC +04:00)

Milli Depozit Mərkəzi tərəfindən cari ilin aprel ayında korporativ istiqrazlar üzrə həyata keçirilən kupon ödənişlərinin məbləği açıqlanıb.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, apreldə istiqrazlar üzrə 111 investora 73 mln. manat və 199 min ABŞ dolları həcmində kupon ödənişləri həyata keçirilib.
Mart ayı ilə müqayisədə apreldə yerli valyutada edilən ödənişin həcmi 23,1% artıb, dollarla edilən ödənişlər isə 90,9% azalıb.

Ödənişlər Maliyyə Nazirliyi, “BOKT Embafinance” QSC, “Ferrum Kapital” MMC, “Unibank” ASC, “Azərbaycan Supermarket” MMC-nin istiqrazları üzrə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR